Şüvüllə tullanma üzrə dünya rekordçusu Mondo Duplantis, 2026-cı ildə Budapeştdə keçiriləcək ilk "World Athletics Ultimate Championship"-in iştirakçısı seçildi. İsveçli ulduz, ötən gün Budapeştdə 6.29 metr nəticə ilə yeni dünya rekordu müəyyənləşdirdi.
Bundan əlavə Duplantis– musiqi, moda, incəsənət və kino sahələrində – mədəni layihələrə dəstək verəcək və mövsümün sonunda keçiriləcək bu qlobal çempionatı tanıdacaq.
"World Athletics Ultimate Championship" hər iki ildən bir keçiriləcək və dünya çempionları, Olimpiya qalibləri, Almaz liqa qalibləri və ilin ən yaxşı atletləri baş-başa yarışacaq. 11–13 sentyabr 2026-cı ildə Budapeştdə üç gün ərzində keçiriləcək.
Duplantis artıq Paris-2024-də qazandığı qızıl medal sayəsində yarışa avtomatik vəsiqə qazanıb. O, Tokio-2020-dən bəri bütün əhəmiyyətli titullarını qazanıb, 3 qapalı dünya çempionluğu və 2stadion üzrə dünya çempionluğu var.
Duplantis bildirib:
“Yeni "Ultimate Championship" üçün ilk iştirakçı seçilmək böyük şərəfdir. Bu yarış atletikanı yeni səviyyəyə daşıyacaq və Budapeşti işıqlandıracaq.”
"World Athletics" prezidenti Sebastian Coe deyib:
“Mondo idmanımızın ən böyük ulduzlarından biridir. Onun həm meydanda, həm də meydan kənarında bacarığı insanları heyran edir.”