Əməkdar məşqçi Hacıbaba Zeynalovun xatirəsinə həsr olunmuş Atma növləri üzrə Respublika Turnirinin nəticələri

5-6 sentyabr tarixlərində  Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Suraxanı atmalar bazasında Əməkdar məşqçi Hacıbaba Zeynalovun xatirəsinə həsr olunmuş Atma növləri üzrə Respublika Turnirinin 1-ci və 2-ci günləri keçirilib.

Turnirin açılış mərasimində AAF-ın icraçı direktoru Kamal Əhmədov və Hacıbaba Zeynalovun oğlu, onun idman irsini davam etdirən Bəxtiyar Zeynalov  yarış iştirakçılarını salamlayıblar. Hacıbaba Zeynalovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət himninin səsləndirilməsi ilə turnir rəsmi şəkildə açıq elan edilib.

Turnirin birinci günündə idmançılar nüvə itələməlövhə atma növlərində mübarizə aparıblar.
İkinci gün isə yarışlar nizə atma və çəkic atma növləri üzrə davam etdirilib. Sonda qaliblər diplom, medal, hədiyyə və pul mükafatı ilə təltif eiliblər.

Yarışın nəticələri açağıda qeyd edilmişdir:

Nüvə itələmə

U16-oğlanlar

1. Fərid Qəmbərov 

2. Həmzə Rzayev

3. Mahmud Şahtahtinski

U16-qızlar

1. Nəzrin İsayeva

2. Rəhimə Bəylərova

3. Şəms Hüseynzadə

Kişilər

1. İsmail Əliyev

2. Ruslan Məlikov

3. Kənan Vəliyev

Qadınlar

1. Səkinə Hacızadə

2. Nərmin İsmayılova

3. İlqarə Veysəlova

Lövhə atma

U16-qızlar

1. Zeynəb Əmrahova

2. Şəms Hüseynzadə

3. Yağmur Cəlilzadə

U18-oğlanlar

1. Kənan Vəliyev

2. Əli Cavadxanov

3. Fərid Haqverdiyev

Nizə atma

U18-oğlanlar

1. Nicat İbrahimzadə

2. Musa Benyatov

3. Əbdüləli Məlikzadə

U16-qızlar

1.Aysu Muradova

2. Marqorita Gornostayeva

3. Nihal Əhmədsoy

Çəkic atma

U18-oğlanlar

1. Toğrul Şahtahtinski

2.Vüqar Hacılı

3. Fərid Haqverdiyev

U18-qızlar

1.Rəhimə Bəylərova

2. Nərmin İsmayılova

3. Zeynəb Əmrahova

Qalibləri təbrik edirik!

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun