İDMANÇILAR VƏ MƏŞQÇİLƏR ÜÇÜN MİXAL POQANİDƏN TƏLİM!
Bakı Atletika Mərkəzi
12 fevral 2025
14:30
Üçtəkanla tullanma növü üzrə dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı Şarka Kaşparkova da daxil olmaqla, bir çox uğurlu atletlərlə çalışmış, hündürlüyə tullanma növü üzrə keçmiş idmançı, dünyaca məşhur məşqçi-məsləhətçi Mixal Poqani öz biliklərini Azərbaycan idmançıları və məşqçiləri ilə bölüşəcək!
Təlimdə Mixal Poqani tərəfindən atletika idman növü üzrə Çexiya milli komandasının 2 nəfər idmançısı ilə birlikdə master-klass keçiriləcək!
Bu fürsəti qaçırmayın! Atletika və idman sevərləri gözləyirik!