Bu gün 200 m məsafədə mübarizə aparan atletimiz 21.10 nəticə ilə 48-ci yeri tutaraq yarımfinala yüksələ bilmədi.
Qeyd edək ki, Əlhəm seçmə mərhələsində 200 m məsafəyə qaçış növü üzrə hazırkı Olimpiya çempionu Letsil Teboqo ilə də eyni start xəttini paylaşıb. İdmançımız üçün bu yarış böyük təcrübə oldu.
Gənc atletimizin beynəlxalq arenada qazandığı bu təcrübə gələcək uğurlarının təməlidir!
İdmançımıza təşəkkür edir, gələcək yarışlarda uğurlar arzulayırıq!