“Əbədilik və Suverenlik” Qaçış Yarışı

 “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının dəstəyi ilə 11 oktyabr saat 10:00-da “Əbədilik və Suverenlik” adlı qaçış yarışı keçiriləcək.

Yarış “Dənizmall” ticarət mərkəzinin qarşısından Bayraq meydanınadək 5 km dairəvi məsafəni əhatə edəcək.

Qaliblərə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunacaq.

 Son qeydiyyat tarixi 5 oktyabr 2025-ci ildir. Qeydiyyatdan keçən şəxslərə əlavə məlumat veriləcək.

Qeydiyyatdan keçmək üçün

https://forms.gle/o2CG5bNhUFC36abf6

 

 

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun