Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanovun 13 oktyabr — Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə təbriki.


Bu gün ölkəmizin iqtisadiyyatında, nəqliyyat sistemində və gündəlik həyatında mühüm rol oynayan dəmir yolu işçilərinin peşə bayramıdır!
Son illərdə dəmir yolu sektoru böyük inkişaf yolu keçmiş, yeni qatarlar, logistika mərkəzləri və beynəlxalq layihələr sayəsində Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından birinə çevrilmişdir. ????
Siz sadə görünən, amma olduqca şərəfli və məsuliyyətli bir peşənin daşıyıcısınız. Sizinlə birlikdə keçirdiyim 15 il mənim üçün sadəcə bir iş dövrü deyil, ömrümün ən dəyərli, mənalı və yaddaqalan illəri olub. Hər gününüz fədakarlıq, dəqiqlik və sədaqətlə dolu bu çətin, amma qürurverici missiyanın bir parçasıdır.
Fədakarlığınızla ölkənin hərəkətini təmin edən bütün dəmir yolu qəhrəmanlarına dərin təşəkkürlər!
Bayramınız mübarək!
 

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun