Layihə çərçivəsində 200 uşaq iştirak edərək, müxtəlif növlərdə – top atma, uzunluğa tullanma və 30 metr məsafəyə qaçışda öz güclərini sınadılar. İştirakçılar, bacarıqlarını nümayiş etdirərək, idman sahəsindəki potensiallarını bir daha göstərdilər.
Bu cür təşəbbüslər, gənclərin idmana olan marağını artırmaq və onlara öz potensiallarını ən yüksək səviyyədə nümayiş etdirmək imkanı yaradır.
Tədbirin sonunda bütün iştirakçılar sertifikatla, qalib və mükafatçı oğlan və qızlar isə diplom, medal və hədiyyələr ilə təltif edildilər.
Tədbirin keçirilməsində bizə yaxından dəstək olan Şəki-Zaqatala regional idman idarəsinə, Qəbələ Olimpiya Kompleksinə öz təşəkkürümüzü bildiririk.