Azərbaycan Atletika Federasiyası tərəfindən hakimlər üçün təşkil edilən seminarın bu gün birinci günüdür. Seminarın müddəti boyunca iştirakçılar atletikanın bütün növləri üzrə nəzəri biliklər alacaqlar və sonuncu gündə iştirakçıların biliklərini qiymətləndirmək məqsədilə test imtahanı keçiriləcək.