20 dekabr 2025-ci il tarixində Bakı Atletika Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi , Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı və Worldathletics dəstəyi ilə Tofiq Karayevin şərəfinə 2012-2013-cü il təvəllüdlü idmançılar arasında 28-ci ölkə yarışı keçirilib. Azərbaycan Atletika Federasiyasının prezidenti Cənab Cavid Qurbanovun çıxışından sonra yarış açıq elan olunub. Yarışda idmançılar 60 metr, 200 metr və uzunluğa tullanma növlərində öz güclərini sınayıblar. Yarışın sonunda isə qaliblər medal,diplom və hədiyyələrlə təltif olunublar.