Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası , Zəfər Qaçış Klubunun təşkilatçılığı və Referans Medical Groupun tibbi dəstəyi ilə ölkəmizin bu ilki idman paytaxtı Qəbələ şəhərində "Konstitusiya və Suverenlik İli” çərçivəsində "Qürurla irəli " şüarı altında Prezident kuboku uğrunda 12km məsafəyə qaçış yarışı keçirilib. Yarışın sonunda qaliblər diplom, medal və hədiyyələrlə təltif olunublar.