09–10 yanvar tarixlərində Bakı şəhərində 2011–2012-ci il təvəllüdlü idmançılar arasında atletika üzrə Bakı şəhər birinciliyi təşkil olunacaq. Yarış Bakı Şəhər Gənclər və İdman İdarəsi (Bakı SGİ) və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Birinciliyin keçirilməsində əsas məqsəd gənc atletlərin fiziki hazırlıq səviyyəsinin yoxlanılması, perspektivli idmançıların aşkar edilməsi və atletika idman növünün gənclər arasında daha da populyarlaşdırılmasıdır.
Turnirdə paytaxtın müxtəlif idman məktəblərini təmsil edən gənc atletlər iştirak edəcəklər. Yarışın sonunda qaliblər və fərqlənən idmançılar mükafatlandırılacaq.