Yarış Bakı Şəhər Gənclər və İdman İdarəsi (Bakı SGİ) və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirildi.
Yarışın ilk günündə 60 metr ,400metr məsafəyə qızlar və oğlanlar arasında qaçış, hündürlüyə tullanma və 1500 metr məsafəyə qaçış yarışı keçirildi. Qalib gələn iştirakçılar diplom və medalla təltif olundu.Yarışın ikinci günündə isə 200 metr və 800 metr məsafəyə qızlar və oğlanlar arasında qaçış,uzunluğa tullanma ,Nüvə itələmə və 4x200m (MİX) estafet yarışı keçirildi. Qalib gələn iştirakçılar diplom və medalla təltif olundu.