Qapalı məkanda Bakı Şəhər çempionatı (2026)

16 Yanvar tarixində Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyası tərəfindən idmançılar arasında Bakı şəhər çempionatı keçirildi. Azərbaycan Atletika Federasiyasının Vitse-Prezidenti Könül Nurullayevanın çıxışından sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndi və yarış açıq elan olundu. Yarışın ilk günü idmançılar 60m,400m,1500m məsafəyə kişilər və qadınlar arasında qaçış və üçtəkanla tullanma növü üzrə kişilər və qadınlar arasında yarış baş tutdu. Yarışın ikinci günü isə idmançılar 200m,800m,3000m məsafəyə kişilər və qadınlar arasında qaçış və Hündürlüyə tullanma, Uzunluğa tullanma, Nüvə itələmə növü üzrə kişilər və qadınlar arasında yarış baş tutdu.

Qalib gələn idmançılar medal və diplomla təltif olundular.

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun