Bakı Atletika Mərkəzində Bakı şəhər birinciliyi keçiriləcək.

 

23-24 yanvar tarixlərində Bakı şəhərində idmançılar arasında atletika üzrə Bakı şəhər birinciliyi təşkil olunacaq. Yarış Bakı Şəhər Gənclər və İdman İdarəsi (Bakı SGİ) və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Çempionatın keçirilməsində əsas məqsəd atletlərin fiziki hazırlıq səviyyəsinin yoxlanılması, perspektivli idmançıların aşkar edilməsi və atletika idman növünün gənclər arasında daha da populyarlaşdırılmasıdır. Yarışın sonunda qaliblər və fərqlənən idmançılar mükafatlandırılacaq.

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun