Yarışın birinci günündə qızlar və oğlanlar arasında 60 metr və 400 metr məsafələrə qaçış, üçtəkanla tullanma və 1500 metr məsafəyə qaçış növləri üzrə yarışlar baş tutub.
Yarışın ikinci günündə isə qızlar və oğlanlar arasında 200 metr və 800 metr məsafələrə qaçış, uzunluğa tullanma, nüvə itələmə və 4x200 metr (MİX) estafet yarışları keçirilib. Qaliblər diplom və medallarla mükafatlandırılıblar.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd gənc idmançılar arasında atletikanın inkişaf etdirilməsi, perspektivli idmançıların üzə çıxarılması və onların gələcək yarışlara hazırlanması olub. Birincilik yüksək rəqabət və maraqlı idman mübarizəsi ilə yadda qalıb.