42-ci Ölkə çempionatı!

06–07 fevral 2026-cı il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman NazirliyiAzərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atletika Mərkəzində atletika üzrə 42-ci ölkə çempionatı (qapalı məkanda) keçiriləcək.

Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən peşəkar atletlər iştirak edərək sürət, güc və dözümlülük üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər. Çempionatın əsas məqsədi atletikanın ölkədə inkişafını təşviq etmək, gənc idmançıların üzə çıxarılması və milli yığma üçün perspektivli idmançıların müəyyənləşdirilməsidir.

Bu mötəbər idman tədbiri atletika sevərlərə yüksək rəqabət, maraqlı mübarizə və idman ruhu yaşadacaq.

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun