12 fevral tarixində dünyaca məşhur məşqçi-məsləhətçi Mixal Poqani Bakı Atletika Mərkəzində idmançılar və məşqçilər üçün təlim keçirdi. O, təlimdə atletika idman növü üzrə Çexiya milli komandasının iki idmançısı ilə birlikdə müxtəlif texnikaların düzgün həyata keçirilməsini nümayiş etdirməklə yanaşı, məşqlərin daha effektiv nəticə verməsi üçün məşqçilər və idmançılarla müzakirə apardı.