Qapalı məkanda Azərbaycan çempionatına start verilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva yarışın Dünya Atletikasının qlobal təqvim platformasında yer aldığını qeyd edərək dünya çempionatı və Balkan çempionatına seçim üçün önəmli rol oynadığını bildiriblər. Bakı Atletika Mərkəzində keçirilən ölkə çempionatında Bakı, Gəncə, Bərdə, İsmayıllı, Gədəbəy, Xızı və Ordubadı təmsil edən 160-a yaxın atlet mübarizə aparır. 2 gün davam edəcək yarışın proqramına üç təkanla tullanma, uzunluğa tullanma, hündürlüyə tullanma, nüvə itələmə, 60 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış və 4x200 m estafet qaçış növləri daxildir.

İlk yarış gününün qalibləri

60 metr məsafəyə qaçış

1. Əlhəm Nağıyev

2. Həmid Nəbiyev

3. Novruz Əsədli

60 metr məsafəyə qaçış

1. Lamiyə Vəliyeva

2. Safiya Kərimova

3. Səlma Ağabəyova

400 metr məsafəyə qaçış

1. Nihat Tağıyev

2. Cavid Abdullayev

3. Kamran Məmmədov

400 metr məsafəyə qaçış

1. İlahə Quliyeva

2. Gülçin Nağıyeva

3. Nila Heydərova

1500 metr məsafəyə qaçış

1. Bəxtiyar Əsgərli

2. Namiq Babayev

3. Loğman İsrafilli

1500 metr məsafəyə qaçış

1. Azəri Məmmədli

2. Elina Yusupova

3. Arzu Məmmədbəyova

Üç təkanla tullanma

1. Rüstəm Məmmədov

2. Ramil İsmayılov

3. Raul Nəsibov

Üç təkanla tullanma

1. Yekaterina Sariyeva

Hündürlüyə tullanma

1. Bülbül Babayev

2.Vladislav Tarusov

3. Şamxal Həsənzadə

Hündürlüyə tullanma

1. Zəhra Bayramova

2. Zeynəb Qəmbərova

Atletika üzrə qapalı məkanda Azərbaycan çempionatında ikinci yarış gününün qalibləri.

Uzunluğa tullanma
1.Kəsgin Abbaszadə
2.Kənan Bayramov
3.Hüseyn Abasov

Uzunluğa tullanma
1.Yekaterina Sariyeva
2.Sofiya İsrafilova
3.Mehri Nadirova

Nüvə itələmə
1.İsmayıl Əliyev
2.Nicat İbrahimzadə
3.Kənan Vəliyev

Nüvə itələmə
1.Səkinə Hacızadə
2.Nəzrin İsayeva
3.Nərmin İsmayılova

200 metr məsafəyə qaçış
1.Novruz Əsədli
2.Mehdi Abbaszadə
3.Nihat Tağıyev

200 metr məsafəyə qaçış
1.Lamiyə Vəliyeva
2.İlahə Quliyeva
3.Safiya Kərimova

800 metr məsafəyə qaçış
1.Bəxtiyar Əsgərli
2.Namiq Babayev
3.Cavid Kolanlı

800 metr məsafəyə qaçış
1.Nila Heydərova
2.Gülçin Nağıyeva
3.Elina Yusupova

3000 metr məsafəyə qaçış
1.Əmrah Nağıyev
2.Sənan Bayramov
3.Səlim Quluzadə

3000 metr məsafəyə qaçış
1.Azəri Məmmədli
2.Arzu Məmmədbəyova
3.Xatirə Hidayətzadə

 

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun