2011-2012-ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyi keçiriləcək.

13-14 fevral 2026-cı il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atletika Mərkəzində atletika üzrə qapalı məkanda 2011-2012-ci il təvəllüdlü idmançılar arasında Ölkə birinciliyi keçiriləcək.

Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən peşəkar atletlər iştirak edərək sürət, güc və dözümlülük üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər. Birinciliyin əsas məqsədi atletikanın ölkədə inkişafını təşviq etmək, gənc idmançıların üzə çıxarılması və milli yığma üçün perspektivli idmançıların müəyyənləşdirilməsidir.

Bu mötəbər idman tədbiri atletika sevərlərə yüksək rəqabət, maraqlı mübarizə və idman ruhu yaşadacaq.

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun