14 fevral 2026-cı il tarixində XI. Olqa Ripakova mükafatı uğrunda beynəlxalq turnir Qış Dünya Turu - Gümüş səviyyə yarışının Qazaxıstanda Ust-Kamenogorsk şəhərində keçirilən mərhələsində milli komandamızın üzvü İsmail Əliyev nüvəitələmə növündə uğurla çıxış edib.
İsmail Əliyev 16.58 m nəticə göstərərək yarışı 2-ci yerdə başa vurub və gümüş mükafata layiq görülüb.
İdmançımızı təbrik edir, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq!