2011-2012-ci il təvəllüdlü idmançılar arasında Ölkə birinciliyinə start verilib.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda 2011-2012-ci il təvəllüdlü idmançılar arasında Ölkə birinciliyinə start verilib. Birinciliydə müxtəlif bölgələrdən 200-ə yaxın idmançı iştirak edir. 2 gün davam edəcək yarışın proqramına uzunluğa tullanma, hündürlüyə tullanma, nüvə itələmə, 60 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış və 4x200 m estafet qaçış növləri daxildir.

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun