Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Zəfər Qaçış Klubu təşkilatçılığı ilə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 15 fevral 2026-cı il tarixində “Öncə Ruh, sonra Zəfər” şüarı altında Xankəndi Ultramarafonu 2026-ya hazırlıq məqsədi ilə möhtəşəm qaçış yarışı uğurla baş tutdu!
Yarış çərçivəsində 55 km, 15 km, 10 km və 5 km məsafələr üzrə müxtəlif yaş kateqoriyalarında idmançılar mübarizə apardı. Bütün finişə çatan iştirakçılar finişer medalları ilə təltif olundu, qaliblərə isə medal, sertifikat və mükafatlar təqdim edildi.