Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə qapalı məkanda 2009-2010-cu il təvəllüdlü idmançılar arasında Ölkə birinciliyi keçirilib. Açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva yarışın xarici yarışlara seçim üçün önəmli rol oynadığını bildiriblər.Birinciliydə müxtəlif bölgələrdən 200-ə yaxın idmançı iştirak edir. 2 gün davam edəcək yarışın proqramına uzunluğa tullanma, hündürlüyə tullanma, üçtəkanla tullanma,nüvə itələmə, 60 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış və 4x200 m estafet qaçış növləri daxildir.