Atletika üzrə istedadlı uşaqların müəyyən edilməsi layihəsinin Qazax mərhələsi uğurla başa çatdı!

Bu tədbir Beynəlxalq Olimpiya Komitəsinin layihəsi çərçivəsində,
Milli Olimpiya Komitəsi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı,
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirildi.

Layihə çərçivəsində iştirakçılar yerindən uzunluğa tullanma, 1 kq-lıq tibbi topun atılması və 30 metr məsafəyə qaçış üzrə fiziki hazırlıqlarını nümayiş etdirdilər.

Ən yaxşı nəticə göstərən ilk 3 yerin sahibləri medal, diplom və hədiyyələrlə təltif olundu. Tədbirdə iştirak edən bütün iştirakçılara iştirakçı sertifikatları təqdim edildi.
Gələcəyin atletləri bu gün burada seçilir!
 

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun