Kros qaçışı üzrə Bakı şəhər yaz çempionatı!

14 mart tarixində Bakı şəhərində idmanın inkişafına və gənclərin sağlam həyat tərzinə təşviq edilməsinə yönəlmiş növbəti idman tədbiri baş tutub. Bakı Dövlət Cıdır Meydanında Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə kros qaçışı üzrə Bakı şəhər yaz çempionatı keçirilib.

Yarışda paytaxtın müxtəlif idman klublarını, təhsil müəssisələrini və idman cəmiyyətlərini təmsil edən çoxsaylı idmançılar iştirak ediblər. Çempionatın əsas məqsədi gənclər arasında atletika idman növünün təbliği, sağlam həyat tərzinin təşviqi, perspektivli idmançıların üzə çıxarılması və onların gələcək yarışlara hazırlanmasına dəstək göstərməkdən ibarət olub.

Yarış iştirakçıları müxtəlif yaş kateqoriyaları üzrə müəyyən edilmiş məsafələrdə mübarizə aparıblar. Kros qaçışı üzrə keçirilən yarışlar gərgin və maraqlı mübarizə şəraitində baş tutub. İdmançılar yüksək nəticələr göstərmək üçün bütün bacarıqlarını nümayiş etdiriblər və yarış boyu idman ruhu, əzmkarlıq və rəqabət hissi açıq şəkildə hiss olunub.

Çempionatın sonunda hər yaş kateqoriyası üzrə qaliblər və mükafatçılar müəyyən edilib. Birinci, ikinci və üçüncü yerləri tutan idmançılar təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, bu cür yarışların keçirilməsi atletika idman növünə marağın artırılmasına, gənc idmançıların inkişafına və onların gələcəkdə ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanmasına mühüm töhfə verir.

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun