Kros qaçışı üzrə ölkə çempionatı keçiriləcək.

12 aprel tarixində Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası tərəfindən Cıdır Atçılıq Mərkəzi ərazisində kros qaçışı üzrə ölkə çempionatı təşkil olunacaq.

Yarışda ölkənin müxtəlif bölgələrindən atletlər iştirak edəcək və fərqli yaş kateqoriyaları üzrə qaliblər müəyyənləşdiriləcək. Çempionatın keçirilməsində əsas məqsəd kros qaçışının inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin artırılması və sağlam həyat tərzinin təbliğidir.

Qeyd edək ki, bu cür yarışlar atletikanın kütləviliyinin artırılmasına və gənclərin idmana marağının gücləndirilməsinə mühüm töhfə verir.

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun