26 aprel tarixində "Parlaq Gələcək Naminə" qaçış yarışı uğurla baş tutdu!

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası, Hyundai Avto Azərbaycan və Zəfər Qaçış Klubunun birgə təşkilatçılığı ilə 26 aprel 2026-cı il tarixində Hyundai Otoplaza Mall ərazisində genişmiqyaslı qaçış yarışı baş tutub. Tədbir “Bakı – Dünyanın İdman Paytaxtı” və “Memarlıq və Şəhərsalma ili” çərçivəsində, həmçinin Hyundai Avto Azərbaycanın 30 illiyinə həsr olunaraq “Parlaq Gələcək Naminə” şüarı altında keçirilib.
Yarışda müxtəlif yaş qruplarını əhatə edən yüzlərlə iştirakçı mübarizə aparıb. Tədbirin əsas məqsədi sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və gənclərin fiziki fəallığa cəlb olunması olub. Yarış iştirakçıları müxtəlif məsafələr üzrə güclərini sınayıb, qaliblər isə mükafatlandırılıb.

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun