Anna Yusupova Bakı Marafonunda 2-ci yerə layiq görüldü!

3 May tarixində Bakı Marafonu 2026 “Küləyə qalib gəl” şüarı altında sayca doqquzuncu dəfə keçirilib. Bu il ilk dəfə klassik marafon məsafəsi – 42 km üzrə təşkil olunan yarışa 25 mindən çox iştirakçı qatılıb .

Start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş isə Sea Breeze ərazisi olub.

Qadınların mübarizəsində Milli komandamızın üzvü Anna Yusupova yüksək nəticə göstərərək 42 km məsafəni 2:55:52 san qət edib və 2-ci yerə layiq görülüb 

İdmançımızı təbrik edir,ona növbəti yarışlarda uğurlar arzu edirik!

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun