01–02 may tarixlərində Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyası tərəfindən 2011–2012-ci il təvəllüdlü idmançılar arasında Bakı şəhər yay birinciliyi keçirildi. Yarışın birinci günü 100m,400m,1500m məsafəyə oğlanlar və qızlar arasında qaçış və Hündürlüyə tullanma, Nüvə itələmə , nizə atma növü üzrə yarış baş tutdu.Yarışın ikinci günü isə 200m,800m, məsafəyə oğlanlar və qızlar arasında qaçış və uzunluğa tullanma, lövhə atma, çəkic atma və 4x100m MİX Estafet növü üzrə yarış baş tutdu.
Qalib gələn idmançılar medal və diplomla təltif olundular.