30 may 2026-cı il tarixində Monakoda keçirilən Avropanın Kiçik Ölkələrinin Çempionatı (European Challenger Championships Monaco 2026) yarışında milli komandamızın üzvü Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış növündə 11.91 san nəticə göstərərək 2-ci yerə layiq görülüb.
İdmançımızı bu uğurlu nəticə münasibətilə ürəkdən təbrik edir, ona gələcək yarışlarda daha böyük nailiyyətlər və yeni qələbələr arzulayırıq!