Ölkə Birinciliyi (stadionda) başa çatdı.

05-06 iyun tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyası tərəfindən 2009-2010-cu il təvəllüdlü idmançılar arasında keçirilən Ölkə Birinciliyi uğurla başa çatdı.

Yarışda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən gənc atletlər iştirak edərək öz güc və bacarıqlarını nümayiş etdirdilər. Yarışda idmançılar 100m,400m,1500m,uzunluğa tullanma,hündürlüyə tullanma, nüvə itələmə,nizə atma , 200m, 800m, 4x100m Estafet (Mix), lövhə atma və çəkic atma növlərində öz güclərini sınayıblar.Yarışın sonunda fərqlənən idmançılar müvafiq medal və diplomlarla təltif olunublar.

Bütün iştirakçıları təbrik edir, gələcək yarışlarda onlara yeni nailiyyətlər və uğurlar arzulayırıq!

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun