Forum qaçış klublarını, təşkilatçıları, idmansevərləri və sahənin inkişafına töhfə verən şəxsləri bir araya gətirərək fikir mübadiləsi və gələcək əməkdaşlıqlar üçün mühüm platforma oldu.
Tədbirdə Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Əlaqələr və İnkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov çıxış edib, federasiyanı həmçinin Namiq Əsədov təmsil edib. Zəfər Qaçış Klubunu isə klubun direktoru Elşən Quliyev təmsil edib.
Forum çərçivəsində qaçış mədəniyyətinin inkişafı, yeni təşəbbüslər və gələcək layihələr ətrafında müzakirələr aparılıb.