İdmançılarımız XXXV Qusman Qosanov Memorialında medal qazandılar!

Milli komandamızın üzvləri 30 iyun tarixində Qazaxıstanın Çimkənd şəhərində keçirilən XXXV Qusman Qosanov Memorialında uğurlu çıxışları ilə fərqləniblər. İlahə Quliyeva 400 metr məsafəyə qaçış növündə 55.18 saniyə nəticə göstərərək 2-ci yeri tutub. Cabir Əliyev isə uzunluğa tullanma növündə 7.38 metr nəticə ilə 3-cü yerə layiq görülüb.
İdmançılarımızı və onların məşqçilərini ürəkdən təbrik edir, qarşıdakı yarışlarda daha böyük nailiyyətlər və yeni qələbələr arzulayırıq! 

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun