Azərbaycan Atletika Federasiyasında məşqçilik kursları keçiriləcək.

19 avqust – 01 sentyabr
Sprint və sədlərlə qaçış üzrə təlim — xarici mütəxəssis tərəfindən keçiriləcək. 21–24 sentyabr
Milli komanda üzvü olan məşqçilər üçün beynəlxalq seminar — xarici mütəxəssis tərəfindən keçiriləcək. 27–31 oktyabr
Yerli seminar — Respublikada fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərinin (Elm və Təhsil Nazirliyi / Gənclər və İdman Nazirliyi) atletika bölmələrində fəaliyyət göstərən məşqçilər üçün təşkil olunacaq.

Kursun ilk günündə xarici mütəxəssis Ognyanov Ognyan tərəfindən sprint və sədlərlə qaçış üzrə xüsusi təlim keçirildi.Təlim çərçivəsində əsas diqqət sprint və sədlərlə qaçışın texniki və praktiki aspektlərinə, məşq prosesinin daha effektiv qurulmasına və idmançıların inkişafına yönəldildi.Bu kursun həm məşqçilər, həm də idmançılar üçün yeni bilik və təcrübə baxımından faydalı olacağına inanırıq. Qarşıdakı günlərdə iştirakçıları daha maraqlı və faydalı təlimlər gözləyir!

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun