III beynəlxalq Xankəndi ultramarafonuna yekun vurulub.

Dörd gün davam edən ultramarafon çərçivəsində iştirakçılar ümumilikdə 192 km məsafə qət edərək Qəbələ-Ağdaş (52,5 km), Ağdaş-Bərdə (63,5 km), Bərdə-Ağdam (46,8 km) və Ağdam-Xankəndi (29,2 km) marşrutları üzrə dörd mərhələdə mübarizə aparıblar. Hər mərhələnin qalibləri ayrıca mükafatlandırılıb, ümumi nəticələrə əsasən fərqlənən atletlər isə baş mükafata layiq görülüblər.

Ultramarafonun sonuncu mərhələsində kişilər arasında David Xarazişvili (Gürcüstan), qadınlar arasında isə Olena Şevçenko (Ukrayna) finişə birinci çatıblar.

Dörd mərhələnin ümumi nəticələrinə əsasən, kişilər arasında David Xarazişvili qalib olub. Andrey Eqorov (Litva) ikinci, Azərbaycan təmsilçisi Elşad Nəsibov isə üçüncü yeri tutublar.

Qadınların mübarizəsində Olena Şevçenko birinci yeri tutub. Leyla Abdinova (Rusiya) ikinci, Azərbaycan təmsilçisi Natalya Vallek isə üçüncü olublar.

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun