Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarış atletika idman növünün inkişafı, kross qaçışına marağın artırılması və idmançılar arasında rəqabət mühitinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Çempionatda iştirak edəcək idmançıların öz fiziki hazırlıqlarını, dözümlülüklərini və mübarizə əzmini nümayiş etdirmələri gözlənilir. Kros qaçışı idmançılardan yüksək fiziki hazırlıq, sürət, çeviklik və güclü iradə tələb edən atletika növlərindən biridir.
Yarışın keçirilməsi ölkəmizdə atletikanın kütləviliyinin artırılmasına, sağlam həyat tərzinin təşviqinə və idmanın daha geniş auditoriya arasında təbliğinə töhfə verəcək.
Payız Ölkə Çempionatında iştirak edəcək bütün idmançılara uğurlar, yüksək nəticələr və gərgin mübarizədə qələbə arzulayırıq!