İlahə Quliyeva "İdman Ustası" dərəcəsinə layiq görülüb!

Oktyabrın 7-də gənclər və idman naziri Fərid Qayıbov beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etmiş idmançılarımızla görüşüb.

Görüş zamanı idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlər yüksək qiymətləndirilib, onların əldə etdikləri uğurların ölkəmiz adına əhəmiyyəti vurğulanıb. Nazir idmançılarımızı təbrik edərək qarşıdakı yarışlarda yeni qələbələr və uğurlar arzulayıb.

Tədbirin qürurverici məqamlarından biri atletimiz İlahə Quliyevanın “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülməsi olub. İdmançımıza müvafiq vəsiqə və döş nişanı təqdim edilib.

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun