2026-cı il Avropa Atletika Konvensiyası İsveçrənin Lozanna şəhərində keçirilir.

Avropa Atletika Federasiyasının prezidenti Dobromir Karamarinovun iştirakı ilə keçirilən tədbir Avropa ölkələrinin atletika federasiyalarını bir araya gətirərək təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi və idmanın inkişafı istiqamətində müzakirələrə şərait yaradır.

Konvensiyada Azərbaycan Atletika Federasiyasının prezidenti cənab Cavid Qurbanov, idman işləri üzrə direktor Mariana Vasileva və baş katib Məhərrəm Sultanzadə iştirak edirlər.

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun