Helsinki bu yarışa dördüncü dəfə ev sahibliyi edəcək. Şəhərdə çempionat daha əvvəl 1971, 1994 və 2012-ci illərdə təşkil olunub. 2030-cu il çempionatı şəhərin tarixi Olimpiya Stadionunda keçiriləcək. Stadion genişmiqyaslı yenidənqurma işlərindən sonra 2020-ci ildə yenidən istifadəyə verilib.
Qeyd edək ki, 2028-ci il Atletika üzrə Avropa Çempionatı Polşanın Sileziya bölgəsində, 3–8 iyun tarixlərində keçiriləcək.