Bakı Atletika Mərkəzində baş tutacaq təlimlər 6-9 və 10-12 yaş qruplarına daxil olan məktəblilər üçün bir ay müddətində ödənişsiz təşkil olunacaq. Məşqlər həftədə iki dəfə, hər biri bir saat olmaqla keçiriləcək.
Təlimlər zamanı uşaqlar qaçış, tullanma və digər fundamental atletika hərəkətləri üzrə ilkin bacarıqlarını inkişaf etdirəcək, fiziki fəallıqlarını artıracaq və sağlam həyat tərzinin təşviqinə töhfə verəcəklər.
Təlimlərdə 200 nömrəli məktəb-lisey kompleksi, “Ankara məktəbi” məktəb-liseyi, eləcə də 34, 36, 39, 45, 47, 177, 193, 202, 207, 212 və 258 nömrəli tam orta məktəblərin şagirdləri iştirak edəcəklər.