Sınaq zamanı idmançılar nizəatma, lövhəatma və çəkicatma növləri üzrə bacarıqlarını nümayiş etdiriblər. Seçim prosesi 2027-ci ildə İstanbulda keçiriləcək Komandalararası Avropa Çempionatına, eləcə də digər nüfuzlu beynəlxalq yarışlara hazırlıq və idmançıların müəyyənləşdirilməsi məqsədi daşıyıb.