Azərbaycan Atletika Federasiyasının həyata keçirdiyi layihələrlə bağlı Avropa Atletika Assosiasiyasının rəsmi veb-saytında dərc olunan məqaləni diqqətinizə çatdırırıq.

Layihə çərçivəsində uşaqlar, valideynlər və nənə-babalar qaçış, tullanma, atma və estafet yarışlarında iştirak edirlər.
İlk dəfə cəmi 6 ailənin iştirakı ilə keçirilən yarışda ailələrin sayı artıq 25-ə çatıb. Növbəti yarışın dekabr ayında keçirilməsi planlaşdırılır.
Azərbaycan Atletika Federasiyasının Baş katibi Məhərrəm Sultanzadənin sözlərinə görə, layihənin əsas məqsədi sağlam həyat tərzini təşviq etmək, daha çox insanı atletikaya cəlb etmək və idmanı stadionlardan parklara, meydanlara daşımaqdır.
Federasiyanın İdman direktoru Mariana Vasileva isə qeyd edib ki, bu təşəbbüs yalnız əyləncə deyil, həm də atletika ailəsinin formalaşmasına xidmət edir. Layihə sayəsində bəzi iştirakçılar sonradan atletika yarışlarına və digər idman fəaliyyətlərinə də qoşulurlar.
Federasiyanın digər layihələri də gənc istedadların üzə çıxarılmasına yönəlib. 56 məktəbi əhatə edən Olimpiya mədəniyyəti və təhsili proqramı çərçivəsində son üç ildə 12 gənc idmançı milli gənclər komandalarına cəlb olunub.
“Ailə Oyunları”nın əsas mesajı isə sadədir: Atletika yaşından asılı olmayaraq hər kəsin birlikdə iştirak edə və zövq ala biləcəyi idman növüdür.

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun