Bakıda IV Ailə Atletika Oyunları keçiriləcək !

Ailəvi idman tədbirində müxtəlif yaş qruplarından olan iştirakçılar öz fiziki bacarıqlarını nümayiş etdirmək və maraqlı yarışlarda qüvvələrini sınamaq imkanı əldə edəcəklər.

Yarış çərçivəsində atalar tibbi topun (3 kq) atılması, analar yerindən uzunluğa tullanma, 8–12 yaşlı övladlar isə 60 metr məsafəyə qaçış növündə mübarizə aparacaqlar.

Bundan əlavə, ailələr arasında estafet yarışı da təşkil olunacaq. Estafetdə atalar 800 metr, analar 400 metr, övladlar isə 200 metr məsafəni qət edəcəklər.

Bütün yarış növləri üzrə qaliblər mükafat və hədiyyələrlə təltif olunacaqlar.

Təşkilatçılar ailələri idman, sağlam həyat tərzi və əyləncəni bir araya gətirən bu tədbirdə iştirak etməyə dəvət edirlər.

Qeydiyyat və ətraflı məlumat: https://zafarrunclub.az/yaris-etrafli/iv-aile-atletika-oyunlari

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun