Xankəndidə “Prezident Kuboku” çərçivəsində 5 km məsafəyə qaçış yarışı keçiriləcək!

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Zəfər Qaçış Klubunun təşkilatçılığı, Qarabağ Universitetinin dəstəyi ilə keçiriləcək yarışda Qarabağ Universitetinin tələbələri və əməkdaşları iştirak edəcəklər.

Tədbirin əsas məqsədi əhali arasında idmana marağı artırmaq, sağlam həyat tərzini təşviq etmək və universitet ictimaiyyətini idman ətrafında birləşdirməkdir.

Yarış iştirakçıları 5 km məsafəni qət edərək həm fiziki hazırlıqlarını sınayacaq, həm də idmanın birləşdirici gücünü nümayiş etdirəcəklər.

Yarışın keçiriləcəyi tarix və saat:

Tarix: 22 noyabr

Saat: 10:30

Məkan: Xankəndi şəhəri, Qarabağ

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun