17 Noyabr 2026-cı il tarixində Azərbaycan Atletika Federasiyasının Beynəlxalq əlaqələr üzrə koordinatoru və Təhlükəsiz idman üzrə mütəxəssisi Ayxan Xəkili İsveçrənin Cenevrə şəhərində keçirilən “European Athletics Safeguarding Workshop” seminarında iştirak edib. European Athletics tərəfindən təşkil olunan seminarda World Athletics və World Gymnastics nümayəndələri də daxil olmaqla, beynəlxalq idman qurumlarının təmsilçiləri bir araya gəliblər.
Seminarın əsas məqsədi idmanda təhlükəsiz mühitin yaradılması, idmançıların hüquqlarının qorunması və təhlükəsiz idman prinsiplərinin təşviqi istiqamətində təcrübə və bilik mübadiləsinin aparılması olub.
Tədbir beynəlxalq idman qurumları arasında əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin bölüşülməsi və idmanda təhlükəsizlik standartlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.