13 noyabr 2026-cı il tarixində Samux Rayon İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional İdman İdarəsinin və Azərbaycan Atletika Federasiyasının Gəncə nümayəndəsi Faiq Əsədovun dəstəyi ilə Samux rayonunda “Meydandan arenaya” (Atletika hamı üçün) layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirin əsas məqsədi atletika idman növünün təbliği, uşaq atletikası haqqında məlumatlandırma və uşaqların asudə vaxtlarının səmərəli təşkilinə töhfə vermək olub.
Tədbirdə 110 nəfərdən çox şagird iştirak edib. Sonda iştirakçıların hər birinə Gəncə-Daşkəsən Regional İdman İdarəsi tərəfindən sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Meydandan arenaya” (Atletika hamı üçün) layihəsi 22 noyabr 2026-cı il tarixində Göygöl şəhərində də keçirilib.