Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş Bakı Beynəlxalq Turniri

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və “Atletika” İdman Klubunun təşkilatçılığı ilə keçirilən əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş Bakı Beynəlxalq Turnirinə yekun vurulub. Açılış mərasimində çıxış edən federasiyanın baş katibi Məhərrəm Sultanzadə Aleksandr Antipovun xidmətlərindən və yarışın əhəmiyyətindən danışıb. Bakı Atletika Mərkəzində keçirilən memorialda yerli idmançılarla yanaşı, Qazaxıstan, Özbəkistan və Saxa Respublikasından 45 atlet mübarizə aparıb. 60 metr məsafəyə qaçışda kişilərdə Həmid Nəbiyev, qadınlarda Lamiyə Vəliyeva qalib olub. Üç təkanla tullanmada Rüstəm Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Uzunluğa tullanmada isə Kəsgin Abbaszadə bütün rəqiblərini qabaqlayıb. Həmçinin, U-18 kateqoriyasında müxtəlif növlərdə və yakut tullanmaları üzrə qaliblər müəyyənləşib.

Növləər üzrə qaliblər aşağəda qeyd edilmişdir:

60 m

Oğlanlar (18)

  1. Xudaverdiyev Ümüd - Spartak
  2. Hümbətov Tuncay - Məhsul
  3. Əlizadə Məhəmməd - Spartak

Kişilər

  1. Nəbiyev Həmid - 5 № İOEUGİM PHŞ
  2. Cəfərov Elcan - Sərhədçi
  3. Məmmədəliyev Nuran - Spartak

Qızlar (18)

  1. Kərimova Safiya - 1 № RİOEUGİM PHŞ
  2. Morduxayeva Kristina - TrikidsBaku
  3. Xudayeva Məryəm - TrikidsBaku

Qadınlar

  1. Vəliyeva Lamiya - Neftçi İK
  2. Zalyubovskaya Aleksandra - Qazaxıstan
  3. Quliyeva İlahə - 5 № İOEUGİM PHŞ

Uzunluğa Tullanma

Kişilər

  1. Abbaszadə Kəsgin - 5 № İOEUGİM PHŞ
  2. Cabir Əliyev - 5 № İOEUGİM PHŞ
  3. Qladilov Qleb - Qazaxıstan

Oğlanlar (18)

  1. Bayramov Kənan - Spartak
  2. Baraşkov Lev - Saxa Yakutiya
  3. İsmayılov Əmir - 5 № İOEUGİM PHŞ

Qadınlar

  1. Avdeyenko Yekaterina - Qazaxıstan

Qızlar (18)

  1. Kuzubova Polina - Qazaxıstan
  2. Tumakova Marqarita - Saxa Yakutiya
  3. Hüseynova Mələk - Məhsul

Üç təkanla tullanma

Kişilər

1. Məmmədov Rüstəm - Atletika 

2. Denisov İvan - Özbəkistan

3. Sokolnikov Nurgun - Saxa Yakutiya

 

Qalibləri təbrik edirik!

 

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun