01 mart 2025-ci il tarixində Qazaxıstanın Ust Kamenoqorsk şəhərində keçirilmiş“Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda beynəlxalq yarış”da (qapalı məkanda) milli komandamızın idmançısı Lamiyə Vəliyeva qadınlar arasında 400 m məsafəyə qaçış növü üzrə göstərdiyi 55.78 san nəticə ilə yeni Azərbaycan milli rekorduna imza atıb.