Qəbələ - Xankəndi Ultramarafonu

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Qəbələ - Xankəndi ultramarafonuna yekun vurulub. “İdman paytaxtımız” Qəbələdə startı verilən  yarışda yerli idmançılarla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və Moldovadan olan 81 iştirakçı mübarizəyə aparıb. . Ümumilikdə 192 km məsafəni əhatə edən 4 mərhələli ultramarafonda ilk 3 finiş nöqtələri Ağdaş,  Bərdə və Ağdamda olub. Yarışın son mərhələsində isə mübarizəni davam etdirən 48 iştirakçı Ağdamdan Xankəndiyə qədər olan 28 km-lik məsafəni qət ediblər. Yekunda bütün rəqiblərini qabaqlayan Türkiyə təmsilçisi Üzeyir Söylemez ümumi nəticələrə əsasən,  Qəbələ - Xankəndi ultramarafonunun qalibi olub. Ömer Alkanoğlu  2-ci yeri tutub. Georgi Lomidze isə 3-cü sırada qərarlaşıb.  Qadınların mübarizəsində ümumi hesabda ən yüksək nəticə ilə Ukraynalı Olena Şevçenko fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hasibe Demir və Mariya Kolpakova isə müvafiq olaraq 2-ci və 3-cü yerləri tutub. Qeyd edək ki, Xankəndi ultramarafonu 2-ci dəfədir ki, təşkil olunur. Ötən il iştirakçılar Xankəndidən start götürərək Bakıda finişə çatmışdılar.

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun