Kros qaçışı üzrə yaz ölkə çempionatı

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə Qusarda kros qaçışı üzrə yaz ölkə çempionatı keçirilib. Açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov və Gənclər və İdman Nazirliyinin sektor müdiri Sevda Mirzəyeva atletikanın inkişafı üçün aparılan işlərdən danışaraq hazırlanan yeni proqramların bu istiqamətdə öz müsbət nəticələrini verəcəyinə inandıqlarını bildiriblər. Yarışda paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Bərdə, Gədəbəy, İsmayıllı, Astara, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz və Ordubaddan olan 100 atlet mübarizə aparıb. Kişilər arasında 10 km məsafəyə qaçışda Ordubad idmançısı Əmrah Nağıyev ölkə çempionu adını qazanıb. 6 km məsafədə Gəncədən olan atlet Ümid İbrahimov, 3 və 2 km-də isə müvafiq olaraq İsgəndər Əsgərov və Namiq Babayev qalib olublar. Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova növbəti dəfə ölkə çempionu olub. 4 km-də İsmayıllı təmsilçisi Zəhra Şirəliyeva, 2 km-də Azəri Məmmədli, 1 km-də isə Gülçin Nağıyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

10 km kişilər:

1.Əhmrah Nağıyev

2.Nihat Cabbarlı

3.Vahid Kərimov

1 km qızlar

1.Gülçin Nağıyeva

3.Leyla Dəmirova

3.Güllü Balabəyova

2 km qızlar

1.Azəri Məmmədli

2.Zəhra Hüseynova

3.Səidə Cəfərova

2 km oğlanlar

1.Namiq Babayev

2.Loğman İsrafilov

3.Sərhan Talıbov

4km qızlar

1.Zəhra Şiraliyeva

2.Xatirə Hidayatzadə

3.Elina Yusupova

3 km oğlanlar

1.İsgəndər Əsgərov

2.Rinad İbrahimov

3.Ayaz Səfərov

6 km oğlanlar

1.Ümid İbrahimov

2.Sənan Bayramov

3.Fərid Məmmədli

6 km qızlar

1.Anna Yusupova

 

Xəbər bülleteni

Xəbər bülleteni

Bülletenimizə abunə olun